Ən yaxşı enerji tarifləri
Müasir dövrdə sənayenin və kənd təsərrüfatının sürətli
inkişafı, əhalinin sayının artması və insanların həyat səviyyəsinin
getdikcə yüksəlməsi, məişətdə istifadə edilən enerji işlədicilərinin
sayının kəskin çoхalması üzvi və qeyri-üzvi yanacaqlara tələbatı
gündən-günə artırır. Yanacaqların təbii ehtiyatlarının azalması,
müхtəlif səbəblərə görə qiymətlərinin qeyri-stabilliyi, onların
yandırılması prosesində ətraf mühitə dəyən zərər, o cümlədən
«istiхana effekti» və s. kimi amillər alternativ enerji mənbələrinin
aхtarılması zərurətini meydana çıхarmışdır. Alternativ enerji
mənbələri kimi regenerativ – bərpa olunan ener-jilərdən istifadə
ekoloji cəhətdən daha səmərəli olduğundan onların mənbələrinin
araşdırılması, onlardan istifadə edilməsi yolları, təbiətə təsirləri və s.
kimi məsələlər hazırkı dövrdə olduqca aktuallaşmışdır.
Külək Turbinləri Ucuzdur
Külək enerjisi — küləyi meydana gətirən hava axınının sahib olduğu hərəkət (kinetik) enerjisidir. Alternativ enerji (bərpa olunan) mənbələrindən biri hesab olunur. Bu enerjinin bir hissəsi faydalı olan mexaniki və ya elektrik enerjisinə çevrilə bilər.
Külək enerjisi digər alternativ enerji mənbələri olan günəş, hidroenergetika, geotermal və biokütlə enerjisindən özünün maya dəyərinə, ekoloji təmizliyinə və tükənməzliyinə görə ən sərfəlisidir.