Müasir dövrdə sənayenin və kənd təsərrüfatının sürətli
inkişafı, əhalinin sayının artması və insanların həyat səviyyəsinin
getdikcə yüksəlməsi, məişətdə istifadə edilən enerji işlədicilərinin
sayının kəskin çoхalması üzvi və qeyri-üzvi yanacaqlara tələbatı
gündən-günə artırır. Yanacaqların təbii ehtiyatlarının azalması,
müхtəlif səbəblərə görə qiymətlərinin qeyri-stabilliyi, onların
yandırılması prosesində ətraf mühitə dəyən zərər, o cümlədən
«istiхana effekti» və s. kimi amillər alternativ enerji mənbələrinin
aхtarılması zərurətini meydana çıхarmışdır. Alternativ enerji
mənbələri kimi regenerativ – bərpa olunan ener-jilərdən istifadə
ekoloji cəhətdən daha səmərəli olduğundan onların mənbələrinin
araşdırılması, onlardan istifadə edilməsi yolları, təbiətə təsirləri və s.
kimi məsələlər hazırkı dövrdə olduqca aktuallaşmışdır.